FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Deputat borca görə deputat vəsiqəsini girov qoyub.
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi
Həbsxanada vəkilə qarşı zorakılıq
Həbsxanada vəkilə qarşı zorakılıq
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
Vəkil Adil İsmayılov bir illik cəzalandırıldı
17-06-2019, 21:30

ABŞ Hörmüzdən keçidi təmin edəcəyini deyir

ABŞ Hörmüzdən keçidi təmin edəcəyini deyir

Birləşmiş Ştatlar və müttəfiqi Səudiyyə Ərəbistanı deyirlər ki, İranla müharibə istəmirlər, ancaq İranın istənilən təhdidinə qarşı gərəkən addımları atmağa hazırdırlar.

Ötən həftə Oman körfəzində neft tankerlərinə hücuma görə İranın məsuliyyət daşıması “şübhəsizdir”, ABŞ Dövlət katibi Mike Pompeo iyunun 16-da Fox News-a müsahibəsində deyib.

“Biz müharibə istəmirik”, – deyən Pompeo əlavə edib ki, Vaşinqton Hörmüz boğazında azad hərəkəti təmin eməkdən ötrü “bütün gərəkən diplomatik və başqa addımları” atacaq.

İyunun 13-də iki neft tanker hücuma məruz qalanda sonra tərəflər arasında gərginlik artıb. Birləşmiş Ştatlar və Səudiyyə hücumlara görə İranı ittiham eləsə də, o, iddiaları rədd edib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammad bin Salman isə “Asharq al-Awsat” qəzetinə müsahibəsində beynəlxalq ictimaiyyəti “qətiyyətli mövqe” tutmağa çağırıb.

İran parlamentinin spikeri Ali Larijani isə tanker hücumlarının arxasında Birləşmiş Ştatların durmasına, bununla Tehrana təzyiqi artırmağa çalışmasına eyham vurub.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR