FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
17-06-2019, 21:27

Dağıstanın rəhbəri xəstəxanaya yerləşdirilib

Dağıstanın rəhbəri xəstəxanaya yerləşdirilib

Rusiyanın Şimali Qafqazdakı Dağıstan regionunun rəhbəri Vladimir Vasilyev pnevmoniya diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Regional hökumətin mətbuat xidməti iyunun 17-də bildirib ki, Baş nazir Artyom Zdunov region rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Son illər Dağıstanda kriminal qruplaşmalar, biznes müharibələri, siyasi rəqabət, silahlı islamın yayılması nəticəsində zorakılıq güclənib.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra ilk dəfə olaraq Prezident Vladimir PutinDağıstan rəhbərliyinə kənardan Vasilyev və Zdunovu təyin edib. O zaman bir çoxları bu addımı Moskvanın regionda korrupsiyayla mübarizə aparmaq cəhdi kimi dəyərləndirmişdi.

69 yaşlı Vasilyev 2017-ci ildə vəzifəyə təyin olunmamışdan öncə polis general leytenantı, daxili işlər nazirinin keçmiş müavini kimi çalışıb.

41 yaşlı Zdunov isə Tatarıstanda iqtisadiyyat naziri işləyib. O, vəzifəyə 2018-ci ilin fevralında təyin olunub. O zaman bir sıra hökumət rəsmiləri sosial proqramlar üçün nəzərdə tutulmuş büdcə pulunu mənimsəməkdə ittiham olunaraq saxlanıblar.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR