Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən iqtisadi çətinliklərlə bağlı heç bir kömək istəməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
“Xeyr, heç bir xahiş daxil olmayıb”,-deyə Peskov əlavə edib.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin 10 avqust tarixli telefon danışıqlarının məzmununu şərh edən Kreml rəsmisi həmçinin deyib ki, ikitərəfli layihələr, o cümlədən “Türk axını” qaz kəməri və “Akkuyu” AES müzakirə olunub.
dle