Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apelyasiya Məhkəməsinin qərarına əsasən azad edilib. "Sputnik"ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında vəkil Ruben Saakyan bildirib.
"Məhkəmə Koçaryanın toxunulmaz olduğunu nəzərə alaraq vəkillərin şikayətini təmin edib",-deyə Koçaryanın vəkili əlavə edib.
O, vurğulayıb ki, əgər Koçaryanın atdığı addımları statusundan irəli gəlibsə, o, prezidentlik müddətində və ya bu müddətdən sonra cinayət təqibinə məruz qala bilməz.
Qeyd edək ki, Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.
dle