FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
ISW: Rusiyanın 3-cü Ordu Korpusunun müharibədə dönüş yaratması ehtimalı azdır
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Xüsusi təhsil müəssisələrinə MİQ üzrə müsahibə keçirilib
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatdı
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
6-08-2018, 18:44

İŞİD terrorçuları Mosulu yenidən ələ keçirə bilər

İŞİD terrorçuları Mosulu yenidən ələ keçirə bilər

İŞİD terror təşkilatı İraq-Suriya sərhəddində fəallığını artırıb və Mosul vilayəti yenidən işğal olunmaq təhlükəsi ilə üz-üzədir. Bu iddia ilə Mosulun sabiq valisi Əsil ən-Nuceyfi çıxış edib.

İraqda sünnilərin nüfuzlu şəxslərindən sayılan sabiq vilayət rəhbər İraq Kürd Regional Rəhbərliyindəki mediaya açıqlamasında bildirib ki, son iki həftədə terrorçular fəaallığını artırıb və Mosulu ələ keçirmək üçün ciddi hazırlıq görürlər.

Terrorçuların maneəsiz iki ölkə sərhədindən asanlıqla keçdiyini bildirən ən-Nuceyfi, bu vəziyyətin sərhəddə yerləşən Mosul vilayətinin təhlükəsizlik və sabitliyini sual altına saldığını vurğulayıb.

Qeyd edək ki, İraqın şimalında yerləşən, Suriya ilə uzun səhra sərhədinə malik Mosul, 10 iyun 2014-cü ildə İŞİD terrorçuları tərəfindən işğal edilmişdi. Vilayət təxminən 3 il ərzində terrorçuların əlində qaldıqdan sonra İraq təhlükəsizlik qüvvələri tərəfindən 2017-ci ilin iyulunda işğaldan azad olmuşdu.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR