Terrorda məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib
Əfqanıstanın Fərəh əyalətində partlayış nəticəsində azı 11 nəfər həlak olub, daha 31 nəfər isə yaralanıb. FaktXeber.com-un İnterfaks-a istinadla verdiyi məlumata görə, qurbanlar arasında qadınlar və uşaqlar da var.
KİV-də yayılan məlumatda deyilir ki, Heratdan Kabula gedən avtobus yola quraşdırılmış minanın üstündən keçərkən partlayıb.
Hələ ki, heç bir terror qruplaşması terrorda məsuliyyəti öz üzərinə götürməyib.
dle