ABŞ prezidenti Donald Tramp "The New York Times" nəşrinin direktorları ilə görüşdən sonra maraqlı tvit paylaşıb. FaktXəbər bildirir ki, Ağ Ev rəhbəri qəzeti "xalq düşməni" elan edib.
"Ağ Evdə "The New York Times"ın direktoru Artur Sultsberqerlə çox yaxşı və maraqlı görüş oldu. Xeyli zaman keçirdim və kütləvi informasiya vasitələrində gedən "saxta məlumatlar"ın "xalq düşməni"nə çevrilməsindən danışdım",-deyə Tramp Twitterdə yazıb.
Artur Sultsberqerin sözlərinə görə, o, Donald Trampla görüşə xəbərdarlıq etmək üçün gedib. Çünki Ağ Ev rəhbərinin KİV nümayəndələri barədə sözləri jurnalistlərə qarşı zorakılıqla nəticələnə bilər.
<iframe id="twitter-widget-0" class="twitter-tweet twitter-tweet-rendered" style="position: static; visibility: visible; display: block; width: 500px; height: 244.172px; padding: 0px; border-width: initial; border-style: none; max-width: 100%; min-width: 220px; margin-top: 10px; margin-bottom: 10px;" title="Твит из Твиттера" frameborder="0" scrolling="no" data-tweet-id="1023546197129224192"></iframe>
dle