İŞİD terror təşkilatı Suriya ərazisindən ağır silahlarla İsraili atəşə tutulub. Bundan sonra İsrail tərəfi havadan və qurudan terrorçularun olduğu yerləri bombalayıb.
Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir ki, məqsəd Suriya hökumət qoşunlarının mövqelərinə zərbə endirməyə təhrik etmək olub: "İŞİD terrorçuları Əl-Kuneytra əyalətindən İsrail ərazisini raket atəşinə tutublar. İsrail Müdafiə ordusunun aviasiya və artilleriyasının cavab atəşi ilə bütün terrorçular və onlara məxsus raket qurğuları məhv edilib. Rusiyanın Suriyadakı hərbi qruplaşmasının rəhbərliyi irimiqyaslı təxribatın qarşısının alınması və terrorçuların məhv edilməsinə görə İsrail Müdafiə Ordusunun rəhbərliyinə minnətdarlığını bildirir."
dle