Terror nəticəsində azı 25 nəfər həlak olub, 40 nəfər yaralanıb
Pakistan seçki gününə qanlı terror aktları ilə gözünü açıb. FaktXeber.com-un Haberler-ə istinadla məlumatına görə, Kvetta şəhərində səsvermə mərkəzi yaxınlığında baş verən partlayışda azı 25 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.



Digər tərəfdən səhər saatlarında Milli Müsəlman Liqasının millətvəkiliyinə namizəd Faysal Nədim seçki ofisinə terror hüumu nəticəsində yaralanıb. Polis nümayəndəsinin sözlərinə görə, naməlum şəxs və ya şəxslər Lətifabadda səsverməyə bir neçə saat qalmış Nədim və sürücüsü ofisə girərkən əl bombası atıb. QNəticədə hər ikisi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Polis araşdırmaya başlayıb.
Qeyd edək ki, bu gün Pakistanda parlament və əyalət məclisinin üzvlərini müəyyənləşdirmək məqsədilə seçkilər həyata keçirilir.




Xatırladaq ki, bir müddət öncə Bəlucistanda seçkiqabağı mitinqdə partıayış olmuşdu.
dle