Əfqanıstanda vətəndaş qarşıdurmasının yeni ocağı yaranıb: İŞİD və «Taliban» terror qruplaşmalarının üzvləri bir-birlərini qırır. RİA Novosti-yə istinadla verdiyi məlumata görə, iyulun ortalarında güclənən döyüşlərdə 100-dən artıq insan həlak olub. Ölənlər arasında postsovet məkanın sakinləri, o cümlədən İŞİD-ə qoşulan qadınlar da var.
Döyüşlər əsasən 4 əyalətdə - Cauzcan, kunar, Sari-Pul və Laqman gedir. Say üstünlüyünə malik olan taliblər Əl-Bağdadinin ardıcıllarına hücum edir. Onlar isə bunun qarşılığında məscidlərə və yas mərasimlərinə hücum edirlər.
dle