Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrana sanksiyalarına Türkiyənin qatılmayacağını deyib.
Çavuşoğlu bununla bağlı Amerikadan nümayəndə heyətinin gəldini söyləyib: "Bu sanksiyalara qoşulmayacağımızı bildirdik. Biz neft alırıq. Həm də uyğun şərtlərdə alırıq. Siz uzaqdan danışırsınız, amma biz bunlara tabe olmarıq. Türkiyə olaraq bu sanksiyalara tabe olmayacağımızı söyləyərək, prinsip olaraq Amerikanın bu sanksiyalarını da düzgün olmadığını deyirik. İran məsələsində hər hansı bir ölkənin sanksiyalarına əməl etmək məcburiyyətində deyilik."
dle