ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaninin dünənki açıqlamasına cavab verib.
Twitter hesabı vasitəsi ilə "İran Prezidenti Ruhaniyə" başlığı ilə yazdığı statusda Tramp belə deyib:
"Bir daha, heç vaxt, amma heç vaxt ABŞ-ı təhdid etməyin. Əks halda, tarix boyu bir neçə nəfərin yaşadığı kimi bunun acısını çəkəcəksiniz. Artıq zorakılıq və ölümə dair
sözlərinizi həzm edəcək ölkə deyilik. Diqqət et!"
RUHANİ, "ASLANIN QUYRUĞUYLA OYNAMA", - DEMİŞDİ
İran prezidenti Həsən Ruhani dünən paytaxt Tehranda ölkəsinin səfirləri və diplomatik missiya nümayəndələri ilə görüşdəki çıxışında Tramp rəhbərliyinin İranın neft ixracını əngəlləmək səylərini tənqid etmişdi.
İranın strateji dərinliyinin şərqdən Hindistan, qərbdən Aralıq dənizi, cənubda Qırmızı dəniz və şimalda Qafqaza uzandığını deyən Ruhani, "siyasətdən bir az anlayan insan, "İranın neft ixracına mane olacağıq", - deməz. Bir çox boğaz var. Hörmüz boğazı bunlardan sadəcə biridir. İranla sülh sülhlərin açarı, müharibə isə müharibələrin açarıdır", - deyə bildirmişdi.
Ruhani İran xalqının ölkə təhlükəsizliyi və maraqları əleyhinə təxribata boyun əyməyəcəyini söyləyərək, Trampı yalançı zalım kimi qiymətləndirmişdi.
Ruhani həmçinin, "bu gün ABŞ ilə müzakirə aparmaq, təslim olmaq və xalqın nailiyyətlərinə kölgə salmaqdan başqa məna daşımır. Cənab Tramp! Biz şərəfli bir xalqıq və tarix boyu regionda su yolunun təhlükəsizliyinin zaminiyik. Aslanın quyruğu ilə oynamağın, yoxsa peşman olarsınız", - deyə qeyd etmişdi.
Xatırladaq ki, Tramp cari ilin may ayını əvvəlində İran ilə P5+1 ölkələri arasında 3 il əvvəl imzalanmış nüvə müqaviləsindən ölkəsinin çıxdığını bildirmişdi.
Vaşinqtonun birtərəfli addımı İran və digər tərəf ölkələr tərəfindən qəbul edilməmiş və müqavilənin qorunması barədə razılaşdırmışdılar.
dle