FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
27-06-2018, 16:22

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Antalyada meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub

Antalyada qaldığı evdə meyiti tapılan azərbaycanlı iş adamının Ukraynadakı azərbaycan diasporunun fəallarından olduğu bəlli olub.

 

Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.

 

Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.

 

 

“Azadinform” agentliyinin yaydığı nekroloqda isə belə deyilir: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev dünyasını dəyişib. Azadinform xəbər verir ki, M.Nuxiyev Türkiyədə rəhmətə gedib. Mərhumun cənazəsi doğuldu Kürdəmir rayonuna gətiriləcək və orada dəfn olunacaq. M.Nuxiyev uzun illər idi ki, Lvov şəhərində yaşayırdı. O bu şəhərdə Azərbaycan diasporunun inkişafında xeyli əmək sərf etmişdi. M.Nuxiyev dünya azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında iştirak etmişdir. Allah rehmet eləsin.”

 

***

 

13:00

 

Türkiyənin Antalya bölgəsinin Finike qəsəbəsində azərbaycanlı iş adamı Məcid Nuxiyevin (Medzhyd Nukhıyev) meyiti yaşadığı evin yataq otağındakı şkafdan asılmış halda tapılıb.

 

Türkiyə KİV-nə istinadən xəbər verir ki, fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.

 

Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.

 

İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.

 

Mənbə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. İş adamı ilə bağlı əlavə məlumat öyrənmək mümkün olmayıb

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR