Avropa İttifaqı ABŞ-ın polad və alüminium üçün ticarət rüsumlarna əks-tədbirlər qəbul edib. Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
"Avropa Komissiyası balansın bərpası üzrə ABŞ-ın polad və alüminium tarifləri üçün tədbirləri haqqında qərar qəbul edib", -deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, cavab tədbirləri iyunun 22-də qüvvəyə minəcək. Bu, ümumi dəyəri 2,8 milyard avro dəyərində malların siyahısını əhatə edir.
Xatırladaq ki, Birləşmiş Ştatlar iyunun 1-də alüminium və polad ticarəti ilə bağlı Avropa, Kanada və Meksikaya rüsum tətbiq edib.
dle